ABŞ koronavirusla bağlı 2,5 milyard dollar vəsait ayıracaq

Ağ Ev yeni tip koronavirusla mübarizə aparmaq məqsədilə vəsait ayıracaq. SİA xəbər verir ki, bunun üçün Konqresdən 2,5 millyard dollar vəsait tələb olunacaq.

Ağ Evin Büdcə və İdarəetmə Ofisinin spikeri Reyçal Semmel açıqlayıb ki, Donald Tramp administrasiyası virusun dünyada yayılmasına çox ciddi yanaşır. O əlavə edib ki, virusla bağlı hazırlanan plan Konqresə təqdim ediləcək.

Qeyd edək ki, ABŞ Konqresindəki demokratlar Donald Trampı uzun müddətdir ki, virusun yayılması ilə bağlı bir tədbir görməyə çağırırdılar.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə