Türkiyənin qərbində 4.6 bal gücündə zəlzələ olub. SİA-nın xəbərinə görə, zəlzələnin eöisentri Akhisar şəhərindən 17 km məsafədə, mərkəz 10 km dərinlikdə qeydə alınıb. Hadisə Türkiyə vaxtı ilə 05:43-də baş verib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən gün İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətində 5,7 və 5,9 bal gücündə zəlzələlər baş verib. Zəlzələlər nəticəsində İranda 75 nəfər xəsarət alıb, Türkiyənin Van əyalətində isə 9 nəfər həlak olub, təxminən 50 nəfər xəsarət alıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə