ABŞ-da avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb

ABŞ-ın Kaliforniya ştatının cənubunda sərnişin avtobusu aşıb. Nəticədə 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə qəzanın baş verdiyi Nort dairəsinin xilasetmə xidməti bildirib.

Məlumata görə, yol qəzası 76-cı şossedə, San-Dieqo şəhərindən 72 km şimalda qeydə alınıb. Avtobus yüksək sürətlə hərəkətdə olan zaman yoldan çıxaraq aşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...