Liviyanın Benqazi şəhərindəki Türkiyə baş konsulluğuna hücum təşkil edilib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, hücum Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın "müxalifətin silahlandırılmasına qarşıyıq" açıqlamasından sonra, bu gün səhər saatlarında baş tutub. Hücumun həmçinin limandakı Türkiyə gəmisinə də edildiyi bildirilir.
Türkiyədən heç bir kömək gözləmədiyini ifadə edən müxalifət təmsilçiləri konsulluqdakı türk bayrağının endirilməsini istəyib. Onlar istəklərinin həyata keçirilməyəcəyi halda bunun zor gücünə edəcəklərini bildiriblər. Konsulluq ətrafında getdikcə artan etirazçılar Türkiyə əleyhinə şüarlar səsləndiriblər.
Baş konsul Əli Davutoğlu bildirib ki, konsulluq daxilində təhlükəsizlik baxımından hər hansı bir çətinliyi yoxdur. O. etirazçıların da bunun fərqində olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB