Tibetdə 5 bal gücündə zəlzələ baş verib

Çinin Tibet muxtar rayonunda 5 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 2:01-də Qerze qəsəbəsində qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 9 kilometr dərinlikdə olub. Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə