Türkiyə ordusu Suriyada 2 şəhid verdi

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada keçirilən hərbi əməliyyatlarla bağlı məlumat yayıb. "Habertürk"ün yaydığı məlumatda deyilir ki, İdlib bölgəsində aviazərbələr nəticəsində Türkiyənin 2 hərbçisi şəhid olub, daha 5-i yaralanıb. Məlumata görə, Suriyadakı rejimin 50-dən çox silahlısı, 5 tankı, 2 zirehli avtomobili, 2 silahlı pikapı və 1 topunun məhv edildiyi vurğulanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşşar Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə