Rusiya Türkiyəni təkzib etdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Türkiyə və Rusiya Prezidentlərinin İdlibdəki proseslərlə bağlı görüşünün hələki planlaşdırılmadığını açıqlayıb. SİA xəbər verir ki, Peskov jurnalistlərin vaxtın təyin olunub-olunmaması ilə bağlı suallarına da "xeyr, hələ ki məlum deyil" cavabını verib.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rusiya Prezidenti Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın İdlib bölgəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar danışıqlar aparacağını bildirmişdi.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...