İranda daha 3 nəfər yeni koronavirusa yoluxub

İranda daha 3 nəfərin yeni koronavirusa yoluxması halı təsdiqlənib. SİA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, həmin 3 nəfər Qum və Ərak şəhərlərində xəstəxanalarda nəzarət altındadır. Cahanpur əlavə edib ki, virusa yoluxanlar İran vətəndaşlarıdır və onlardan biri həkimdir.

Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 5 nəfərə çatdığını təsdiqləyib.

Yeni koronovirusla əlaqədar İranın Qum şəhərində ictimai və ziyarət məkanlarına gediş-gəlişlərin məhdudlaşdırılması təklif olunub.

Qeyd edək ki, ötən gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə