ABŞ: “İsrail müharibə cinayəti işlətmədi”

ABŞ: “İsrail müharibə cinayəti işlətmədi”

İsrail 2008-2009-cu il Qəzza əməliyyatı zamanı müharibə cinayətləri işlətməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner deyib.

 

Toner ABŞ Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqqları Şurasının İsrail əleyhdarlığından narahat olduğunu bildirib. O, rəsmi Vaşinqtonun İnsan Haqqları Şurasının bu mövqeyini dəyişmək üçün səy göstərəcəyini və qurum tərəfindən hazırlanan hesabatın geri çəkilməsi üçün BMT baş katibi Pan Gi Munla təmasa keçəcəyini ifadə edib.

 

Hesabatı hazırlayan insan haqqları komissiyasının rəhbəri Riçard Goldstonenin "Vaşinqton Post"dakı şərhlərinə toxunan M.Toner ABŞ-ın İsrailin Qəzza əməliyyatında müharibə cinayəti işlətmədiyinə inandığını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə