Rusiya ABŞ-a investisiyanı azaldır

2019-cu ilin dekabr ayında Rusiya ABŞ istiqrazlarına qoyulan investisiyanı 1 milyard yarım azaldıb. SİA xəbər verir ki, dövr üçün istiqrazlara qoyulan investisiya 9,974 milyard dollara endirilib.

ABŞ-ın Maliyyə Nazirliyinin məlumatına görə, Rusiya ABŞ-da ən çox istiqrazlara sahib olan 30 ölkə arasına belə daxil olmayıb.

Rusiya 2018-ci ildən bəri ABŞ istiqrazlarına qoyduğu investisiyaları sistematik olaraq azaldır.

Rusiya 2011-ci ildə 180 milyard dollar sərmayə ilə ABŞ-da ən çox istiqrazı olan ölkə idi.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə