Argentina ədalət üçün küçələrə axın etdi

Argentinada hüquq üzrə təhsil alan 19 yaşlı Fernando Baez Sosa, 1 ay bundan əvvəl paytaxt Buenos-Ayresin sahilindəki Villa Qeselldə yerləşən boulinq salonunda reqbi oyunçuları ilə mübahisə yaşayıb.


SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mübahisədən sonra Fernando 11 oyunçu tərəfindən döyülərək öldürülüb.
Şahidlərin sözlərinə görə, F.Sosa yerdə uzanmış vəziyyətdə olarkən oyunçulardan 6 nəfər eyni anda onu döyüblər.
Hadisədən sonra bütn Argentina xalqı küçələrə axın edib.


İnsanlar vəhşicəsinə döyülərək öldürülən Fernando Baez Sosa cinayətindəki təqsirkarların lazımi cəzasının verilməsi üçün etiraz aksiyası keçiriblər.
Etirazçılar əllərində "ədalət" yazılı plakatlarla meydanlara çıxıblar.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə