Daha bir ailə övladına qovuşub…

Terrorçular tərəfindən dağa qaçırılan övladı üçün HDP-nin Diyarbəkir təşkilatının qarşısında keçirilən oturaq aksiyada iştirak edən Məlik Aslan polisin köməyi ilə övladına qovuşub. SİA-nın məlumatına görə, HDP-nin Diyarbəkir təşkilatının qarşısında 168 gündür davam edən aksiyadan daha bir sevindirici xəbər gəlib.

Ərzurum Kəşfiyyat və Terrorizmlə Mübarizə İdarəsi tərəfindən aparılan təbliğat işləri nəticəsində bir nəfər terror təşkilatından qaçaraq Şırnakın Silopi mahalında hüquq mühafizə organlarına təslim olub. Təslim olan adamın HDP-nin Diyarbəkir təşkilatının qarşısındakı aksiyada iştirak edən Məlik Aslanın oğlu Volkan Aslan olduğu məlum olub.

Qeyd edək ki, Volkan Aslan 6 il əvvəl terrorçular tərəfindən qaçırılıb. Diyarbəkirdə davam aksiya başlandığı gündən bəri ailələrinə qovuşanların sayı Aslanla birlikdə 8 nəfərə çatıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə