Meksikanın paytaxtı Mexiko şəhərində yüzlərlə nümayişçi qadın cinayətlərinin günü-gündən artmasına qarşı öz etirazlarını bildiriblər.
SİA "Ria Novosti"yə istinadən xəbər verir ki,14 fevral "Sevgililər Günü"ndə baş verən ən güclü etiraz aksiyası prezident sarayının qarşısında başlayıb. Bundan sonra "La Prensa" qəzetinin binasına gedən etirazçılar öldürülən bir qadının haqqında yalan məlumat yayan qəzetə qarşı etiraz ediblər. Etiraz aksiyaçıları ilə polis arasında qısa müddətli toqquşmada təxminən 200 nəfərlik qəzet qrupunun maşınları yandırılıb və mətbuat mənsublarına atəş açılıb.
Qeyd edək ki, Meksikada hər gün orta hesabla 10 qadın öldürülür. Rəsmi məlumatlara görə, ötən il ölkədə görünməmiş sayda qadın qətl hadisəsi baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB