Karantindəki 42 nəfərin müşahidə müddəti başa çatıb Türkiyədə

Çinin yeni tip koronavirüs (Covid-19) epidemiyası altındakı Uhan şəhərindən Türkiyəyə təxliyə edilən 42 nəfərin müşahidə müddətləri sona çatıb. SİA bunu Türkiyə mətbuatına istinadən xəbər verir.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, 6 nəfər Azərbaycan vətəndaşı, 3 Gürcüstan və 1 alban vətəndaşı da daxil olmaqla bu insanların nümunələrinin təmiz olduğunu və normal həyatlarını davam etdirmələri üçün problem olmadığını bildirib.
Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına uyğun olaraq hazırlanan "yerli koronavirus aşkarlama dəsti" nin ixrac ediləcəyi açıqlanıb.

Məsələ ilə bağlı danışan nazir Koca, "Artıq bir ölkədən 10 min sorğu var. Deyə bilərəm ki, daha 3-4 ölkə oxşar istəklər edib. Kitin test müddətinin qısa olduğunu qeyd edən Koca, "90-120 dəqiqə arasındakı nəticələr verir ki, bu da Almaniyada və Fransada istehsal edilənlərdən daha qısa müddətdir" deyə bildirib. Kitin dəqiqliyi 99,6 faiz olduğu açıqlanıb. Bu günə qədər Özbəkistan və Qırğızıstandan 10 min sorğu tələb edilib. Nazir Koca, bu ölkələrin sayının artdığını da vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə