Qadın patron dolu çanta ilə yaxalandı

Sheremetyevo hava limanında patronla dolu çanta ilə bir qadın saxlanılıb. SİA xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, patronlarla dolu olan çantanı daşıyan qadın Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bildirilir ki, onun çantasından 500 ədəd patron aşkar edilib. Lakin, qadın iddia edir ki, patronların onun çantasında olmasından xəbərsizdir.

İlkin məlumatlara görə, paytaxt sakini guya qohumlarını görməyə gəlibmiş. Amma onun "kimlə görüşdüyü" barədə suala cavab verməyib.

Saxlanılan qadın barəsində silah-sursatın qanunsuz saxlanması və daşınması faktı ilə cinayət işi açılıb. Saxlanılan şəxsi üç il həbs cəzası gözləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə