Müalicə olunanlar xəstələrə qan bağışlamaq qərarına gəldilər

İyirmi səkkiz nəfər yeni koronavirusdan müalicə aldıqdan, Çinin Şanxay şəhərindəki xəstəxanalardan çıxarıldıqdan sonra, onlardan altı nəfər könüllü olaraq xəstələrə qan bağışlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb.

Xatırladırıq ki, bir müddət əvvəl agentlik yerli həkimlərə istinadən, koronavirus xəstələri üçün plazma köçürmə texnikasının Çindəki xəstələrin müalicəsində effektiv olduğunu sübut etdiyini bildirmişdi. Mütəxəssislər izah edirlər ki, xəstəliyin öhdəsindən gələn bəzi insanların plazmasında koronavirusla mübarizədə kömək edən antikorlar aşkar edilmişdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...