Yaponiyada ilk dəfə koronavirusdan ölən olub

Yaponiyada ilk dəfə koronavirusdan ölən olub

Yaponiyada ilk dəfə yeni növ koronavirusdan bir nəfər həyatını itirib. SİA xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən Yaponiyanın Kanaqava şəhərində 80 yaşlı Katsunobu Kato koronavirusdan həyatını itirib.

Bildirilir ki, hazırda Yaponiyada 200-ə yaxın şəxs koronavirusdan əziyyət çəkir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə