Türkiyədə bir nəfər mağazaya borcu olan bütün yoxsulların borclarını ödəyib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə bir nəfər naməlum şəxs mağazalardan birinə daxil olaraq satıcıya borc kitabında qeyd olunan bütün yerli sakinlərin borclarını ödəmək istədiyini bildirib.
Məlumatda qeyd olunur ki, 12,5 min türk lirəsi məbləğində olan vəsaiti, borcu ödədikdən sonra həmin şəxs borc qeydləri olan səhifələri cıraraq yandırıb çıxıb gedib.
Satıcının dediyinə görə, bir çox sakin artıq heç bir borcu olmadığına heç inana bilmir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB