“Taliban” hərəkatının liderlərindən biri öldürüldü

“Taliban” hərəkatının liderlərindən biri öldürüldü

Pakistandakı “Taliban” hərəkatının Hakimullah Məsud qruplaşmasının lideri Şəhriyar Məsud yol kənarına yerləşdirilmiş bombanın partladılması nəticəsində öldürülüb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təşkilatın açıqlamasında bildirilib ki, Əfqanıstanın Kunar əyalətində yol kənarına yerləşdirilmiş partlayıcı Məsudun olduğu avtomobil həmin ərazidən keçərkən uzaqdan idarəedici pult vasitəsi ilə partladılıb.
Hazırda qruplaşmanın liderliyini Şəhriyar Məsudun köməkçilərindən olan Mövlana Vali Məhəmməd həyata keçirir.
Qeyd edək ki, Məsud qrupunun liderlərindən olmuş Seyfullah Məsud da 2019-cu ilin dekabr ayında sui-qəsd nəticəsində qətlə yetirilmişdi. O səs yazılarının birində qrupun 2019-cu ildə Pakistana qarşı 75 hücum planladığını açıqlamışdı.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə