Yenə də təyyarə qəzası

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə ARY News televiziya kanalı məlumat yayıb.

Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin şimal-qərbində, Mardan rayonunda qəzaya uğrayıb. Qəza zamanı pilotlar sağ qalıb.

Qeyd olunur ki, Cessna T-37 Tweet qəzaya uğrayan zaman təyyarədə iki pilot olub və onlar sağ qalıblar.
Təyyarənin təlim uçuşu etdiyi qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə