Türkiyədə zəlzələ

Türkiyənin Sivirce şəhərində 3,9 bal gücündə zəlzələ baş verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Sesmoloji Mərkəzindən verilən məlumata görə, bu gün günorta saatlarında Elazığ əyalətinin Sivrice rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.

Qeyd edək ki, yanvarın 24-də Sivrice şəhərində baş vermiş 6,8 bal gücündə zəlzələdə 41 nəfər, Elazığda 37 və Malatyada 4 nəfər həyatını itirib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə