Yaponiyanın Yokohama limanı yaxınlığında olan "Diamond Princess" kruiz gəmisinin sərnişinləri arasında koronavirus daha 34 sərnişində aşkar edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gəmidə xəstəliyə yoluxanların sayı 175 nəfərə çatıb. Onların hansı ölkənin vətəndaşları olduğu açıqlanmır.
Ümumilikdə gəminin göyərtəsində 2666 sərnişin və 1045 ekipaj üzvü var. Laynerdəki karantin fevralın 19-dək davam edə bilər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB