Suriya ordusuna məxsus helikopter vurulub: hər iki pilotun öldüyü təsdiqlənib
Çərşənbə axşamı Suriya ordusuna məxsus helikopterin İdlib əyalətində vurulduğu və nəticədə 2 pilotun öldüyü təsdiqlənib.
SİA xəbər verir ki, bu barədə "SANA" agentliyi Suriya Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, döyüş helikopteri İdlib əyalətinin cənubundakı Nairab bölgəsi üzərində raketlə vurulub.
Qeyd edək ki, bundan əvvəl Türkiyə mətbuatı da Suriya Silahlı Qüvvələrinə məxsus helikopterin vurulması ilə bağlı məlumat yaymışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB