Çinə 100 min avro yardım edilib

Komor adaları koronavirusla mübarizə məqsədilə Çinə yardım edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Komor adaları-Çin dostluq cəmiyyətinin sədri Əhməd Musa Mliva Çinin bu ölkədəki səfirinə 100 min avro təqdim edib. Yardım tibbi maskalar almaq üçün nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə