Gürcüstanda inqilab xəbərdarlığı

Gürcüstanda inqilab xəbərdarlığı

Nino Burcanadze Gürcüstanda mümkün bir inqilab xəbərdarlığı edib. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə "Vahid Gürcüstan - Demokratik Hərəkat" partiyasının lideri Nino Burjanadze özü agentliyə bildirib.
Partiya lideri bildirib ki, payız parlament seçkiləri normalara əməl olunmadan keçiriləcəyi təqdirdə Gürcüstanda bir inqilab başlaya bilər.
"Boykot elan edən biz deyildik, danışıqları hakimiyyət dayandırdı. Gürcüstan rəhbərliyi çox yaxşı bilirdi ki, diplomatlarla birlikdə biz hakimiyyətin belə imtina edə bilmədiyi çox məqbul variantı tapmışıq. Buna görə də bizi danışıq masasından çıxmağa məcbur etmək üçün hamılıqla getməyi qərar verdilər", deyə Burjanadze bildirib.
Siyasətçinin sözlərinə görə, səkkiz ildən sonra hakim "Gürcü Arzusu" partiyası əvvəlki hadisələri xatırlatmağa başlayır və bu, Gürcüstanda müxaliflərin siyasi təqibinin başladığını və davam etdiyini göstərir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə