ABŞ 4 Çin əsgərini istehlakçı məlumatlarına kiberhücumda ittiham edir

ABŞ 4 Çin əsgərini istehlakçı məlumatlarına kiberhücumda ittiham edir

Amerika Birləşmiş Ştatları (ABŞ) Çini ABŞ-ın istehlakçı məlumatlarına kiberhücumda ittiham edib. Bazar ertəsi günü ABŞ Ədliyyə Nazirliyi Çin Ordusundan olan 4 əsgərin Equifax istehlakçı hesabat agentliyinin kompüter sisteminə girməkdə və milyonlarla Amerikalıların şəxsi məlumatlarını oğurlamaqda ittiham edildiyini açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Nazirlik Pekini istehlakçı məlumatlarını hədəf alan tarixin ən böyük kiberhücumuna görə məsuliyyət daşıdığını deyib. Baş prokuror Villiam Bar ittiham aktını bu həftənin əvvəlində elan edərkən, oğurluğun miqyasının təəccüblü olduğunu deyən Bar bu, yalnız Equifax-a zərər verməyib, eyni zamanda milyonlarla amerikalıların məxfiliyini pozub və onlardan şəxsiyyət oğurluğuna qarşı çıxmaq üçün böyük xərc çəkmələrini tələb edib, deyə bildirib. ABŞ rəsmiləri, Equifax-a qarşı edilən oğurluğun Çin hökumətinin Amerikalılar haqqında mümkün qədər çox məlumat toplamaq istədiyi üçün buna əl atdıqlarını bildirib.

Xatırladaq ki, 2017-ci ildə baş verən kiber hücumda Çinli hakerlərin, təşkilatın məlumat bazasında, o cümlədən 145 milyon ABŞ-lı ad, ünvan, sosial təhlükəsizlik və sürücülük vəsiqəsi nömrələrini oğurladığı iddia edib.
Çin rəsmiləri isə mövzu ilə əlaqədar hələ də açıqlama verməyiblər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə