Yəməndə anti-hökümət nümayişində zərərçəkənlərin sayı 1200-ə çatıb

Yəməndə anti-hökümət nümayişində zərərçəkənlərin sayı 1200-ə çatıb
Yəmənin cənubunda yerləşən Taiz şəhərində anti-hökumət nümayişində 1200 nəfər zərər çəkib, bir nəfər ölüb. Şahidlərin və tibb işçilərinin sözlərinə görə, yəmən polisləri nümayişçilərə atəş açıblar. Bundan əlavə nümayişin qarşısını almaq üçün iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Yerli hakimiyyət orqanları isə məlumatı təkzib edərək bildiriblər ki, Taiz şəhərində baş verən toqquşma zamanı səkkiz hüquq mühafizə orqanının əməkdaşı xəsarət alıb. Şahidlərin sözlərinə görə, ölən gənc Yəmənin prezident Əli Abdulla Salehinin portretini cırmağa cəhd edib.
Qeyd edək ki, insan hüquqları təşkilatı toqquşma zamanı 95 insanın ölməsi ilə bağlı məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə