Çilidə 5,9 bal gücündə zəlzələ baş verib

Çilidə 5,9 bal gücündə zəlzələ baş verib
Cənubi Amerika ölkəsi olan Çilinin şimalında 5,9 bal gücündə zəlzələ baş verib. SİA xəbəri ABŞ-ın Geoloji xidmətinə istinadən yayıb. Yeraltı təkanların episentri İkike şəhərindən 135 kilometr şimal-şərqdə təxminən 83,3 km dərinlikdə olub.
Yerli hakimiyyət nümayəndələrinin verdikləri məlumata görə, dağıntılar barədə hələlik məlumat alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə