Əfqanıstanda hərbi əməliyyat zamanı qarşıdurmalar nəticəsində Amerikalı və Əfqənistanlı əsgərlərin öldüyü bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ mediasında yer alan xəbərlərə görə, Əfqanıstanın şərqindəki Nangarhar bölgəsində ABŞ və Əfqan əsgərləri atəşə tutulub.
Burada Amerika əsgərlərinin yaralandığı və bir neçə əsgərin öldüyü yazılsa da, ölənlərin adı və sayı barədə məlumat verilməyib.
Bildirək ki, hadisə ilə əlaqədar istintaqın davam etdiyi qeyd edilib.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB