Tailandda əsgər mülki vətəndaşlara atəş açaraq 21 nəfəri öldürüb, 16 nəfəri girov götürüb

Tailandda əsgər mülki vətəndaşlara atəş açaraq 21 nəfəri öldürüb, 16 nəfəri girov götürüb

Tailandda əsgər mülki vətəndaşlara atəş açıb, 21 nəfər ölüb, 14 nəfər yaralanıb. Silahlı əsgərin 16 nəfəri girov götürdüyü bildirilir.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, görə, hadisə Tailandın Nakhon Ratchasima şəhərində (həmçinin Korat kimi tanınır) baş verib.

Tailand Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə hücum edib, hərbi hissəni tərk etməzdən öncə komandirinə və iki əsgərə atəş açıb.

Daha sonra şəhərdəki "Terminal 21" ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri "Facebook" hesabında canlı yayımlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə