Davada səkkiz nəfər ölüb

Qazaxıstanın cənubunda baş verən kütləvi davada səkkiz nəfər ölüb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Yerlan Turqumbayev brifinqdə bildirib.
Bildirilib ki, Qazaxıstanın cənubundakı Jambıl vilayətinin Kordai rayonunda baş verən kütləvi dava nəticəsində səkkiz nəfər həlak olub.
"İğtişaşlar zamanı 40 iştirakçı xəsarət və güllə yarası alıb. Səkkiz nəfər, təəssüf ki, aldığı xəsarətlər səbəbindən həyatını itirib. Vəzifə başında olan polis əməkdaşları iki odlu silah yarası olmaqla, müxtəlif dərəcəli xəsarətlər alıb", deyə Y.Turqumbayev məlumat verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə