Ermənistan prezidenti Armen Sarkisyan ailəsinin Azərbaycan və ya Türkiyədəki layihələrə investisiya qoymadıqlarını açıqlayıb. SİA xəbər verir ki, bu barədə məlumatı Ermənistan dövlət mətbuat xidməti yayıb.
Belə ki, prezident və ailəsinin Azərbaycanda və Türkiyədəki layihələrə maliyyə vəsait ayırması haqda iddialar Ermenistan prezidenti tərəfindən təkzib edilib.
Açıqlamada deyilir: "Nə prezident Sarkisyan, nə də ailə fərdləri Azərbaycan və Türkiyədə layihələrə nə birbaşa, nə də dolayı yolla investisiya qoymayıb və gələcəkdə də belə bir hal olmayacaq. Armen Sarkisyan heç vaxt "British Petroleum"un səhmdarı olmayıb".
Qeyd edək ki, belə bir iddianı Ermənistanın Adekvat Müxalif İctimai Siyasi Təşkilatı qaldırmışdı. İddiada deyilirdi ki, Ermənistan prezidenti Sarkisyan Azərbaycanın neft və qaz infrastrukturlarına dolayı şəkildə investisiya qoyur. Təşkilatın rəhbəri Artur Danielyan prezident iqamətgahının qarşısında neft barelləri ilə etiraz aksiyası keçirərək prezidenti Azərbaycandakı layihələrə investisiya qoyan şirkətlərdəki paylarından imtina etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB