Manisada daha bir zəlzələ

Türkiyənin Manisa bölgəsinin Akhisar rayonunda 4 bal gücündə zəlzələ baş verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (AFAD) saytında yer alan məlumata görə, zəlzələ dünən yerli vaxtla 08:39-da, 4 bal gücündə zəlzələ qeydə alınıb.

Qeyd edək ki, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib, ölən və yaralananlar barədə məlumat verilməyib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə