Argentinalı meteoroloqlar Antarktidada bütün müşahidələr tarixi boyu rekord dərəcədə yüksək temperatur qeydə alıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Argentina meteoroloji xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 1961-ci ildən bəri meteoroloji müşahidələrin edildiyi Antarktida yarımadasının şimalında yerləşən Argentinalı Esperanza tədqiqat stansiyasından bəhs edilir.
"Cümə axşamı günü Esperanza stansiyasında 1961-ci ildən bəri - 18,3 ° C olmaqla yeni bir tarixi temperatur rekordu qeydə alınıb.
Bundan əlavə, meteoroloqlar Argentinanın başqa bir stansiyasında, Marambioda da bir temperatur rekordunun qırıldığını və 1971-ci ildən bəri ən yüksək temperaturun 14,1 ° C olduğunu qeyd ediblər.
"Bu, qlobal istiləşmə ilə əlaqədar ola bilər", “Clarin” qəzeti Argentina meteoroloji xidmətinin sözçüsü Cindy Fernandez sözlərinə istinadla yazır.
Xatırladırıq ki, Antarktida 14 milyon kvadrat kilometrdən çox ərazini əhatə edir və tamamilə qar və buzla örtülüdür. Antarktidada orta illik temperatur mənfi 10 ilə mənfi 60 dərəcə arasında dəyişir. Ümumdünya Meteoroloji Təşkilatının məlumatına görə, son 50 ildə orta səth istiliyi təxminən 3 ° C artmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB