İtaliyada tətil başlayıb

İtaliyada dəmir yolu işçilərinin ümumi tətili başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın dəmir yolu nəqliyyatında çalışanlar günorta saatlarında tətilə başlayıblar.

Tətil "insan həyatına hörmət" və qəzada ölən iki dəmiryol işçisinin ailələri ilə həmrəylik əlaməti olaraq həyata keçirilib. Burada həm milli, həm də yerli səviyyədə işləyən bütün sənaye şirkətlərinin nümayəndələri iştirak edirlər.

Mitinqi elan edərkən birliyin liderləri "hadisənin fövqəladə şiddətini" vurğulayıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə