Taylandın Səhiyyə Naziri maska taxmayan turistləri ölkədən qovmaq lazım olduğunu bildirib. SİA xəbər verir ki, koronavirusla bağlı Səhiyyə Nazirliyi tərəfindən qoruyucu maskalar paylanıb, lakin Nazir bildirir ki, avropalı turistlər bu maskalardan istifadə etmək istəmirlər.
Səhiyyə Naziri Çarn Virakul koronavirusla əlaqəli tədbirlər çərçivəsində mətbuat nümayəndələrinin müşayiəti ilə xalqa qoruyucu maska paylayıb. O qeyd edib ki, maskadan imtina edən avropalı turistləri ölkədən qovmaq lazımdır:
" Turistlər maska taxmırlar və onlara bunu təklif etdikdə isə qəbul etmirlər. Taylanddan qovulmalıdırlar. Çinlilər, asiyalılar, hamısı maska taxırlar, lakin avropalılar inanılmazdırlar. Virus daşıyıcısı olmadıqlarını necə bilmək olar? Taylanda gəlməmişdən əvvəl başqa yerdə də ola bilərlər. Ölkəmizdə belə insanlar varsa, onları qovmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB