Daha bir təyyarə qəzaya uğradı

ABŞ-da 5 nəfərin olduğu kiçik təyyarə naməlum səbəbdən qəzaya uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəzadan sağ çıxan olmayıb. Yute Air-ə məxsus təyyarə Alyaskanın Betel bölgəsindən Kipnuk şəhərinə uçuşu zamanı naməlum səbəbdən qəzaya uğrayıb.

Qeyd edək ki, Tuntutuliak bölgəsinə axtarış-xilasetmə qrupları sövq edilib və qəzaya uğrayan təyyarədə olan 5 nəfərin öldüyü bildirilib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə