Çin xəstəxanalarından yayılan şəkillər gündəm oldu - FOTOLAR

Çin xəstəxanalarından yayılan şəkillər gündəm oldu - FOTOLAR

Koronavirusun mərkəzi olan Çinin Uhan şəhərində həkimlər və tibb bacıları xəstəliyin yayılmasının qarşısını almaq üçün gecə-gündüz fasiləsiz çalışırlar. Çinli tibb işçilərinin çəkdikləri əziyyətlər nəticəsində yaranan yorğunluq və üzlərindəki yaralar görənləri dəhşətə salır. Tibb işçilərinin sosial şəbəkələrdə yayılan bu şəkilləri gündəm olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çin mediası açıqlamasında bildirib ki, virusun mərkəzi olan Uhan şəhəri və xəstəliyin ikinci ən çox yayıldığı Hubei şəhərində həkimlər gecə-gündüz çalışır və bir saniyə belə oturmurlar.


Yerli media qeyd edib ki, həkimlər və tibb bacıları günlərlə yuxusuz qalırlar. Bəzən xəstəxanalardakı stullarda, ya da yerdə qısa müddət yuxularını aldıqdan sonra yenidən vəzifələrini yerinə yetirməyə davam edirlər.
Tibb işçiləri o qədər məşğul olurlar ki, yemək yeməyə, tualetə getməyə belə vaxt tapmırlar.
“Vaşinqton Post” qəzeti Çində tibb işçilərinin tualetə getməyə vaxt tapmadıqlarını və böyüklər üçün olan tualet bezlərindən istifadə etdiklərini yazıb.


İşçilərin virusa yoluxmamaq üçün geyindikləri özəl paltar və maskaların ağırlıqları da onlara maneçilik törədir. Durmadan artan xəstələrə tibbi müdaxilə edərkən keçirdikləri stress və yorğunluqla yanaşı, xəstəxana işçilərinin geyindikləri xüsusi paltar və maskalar onların bədənlərində qabarcıq və yaralara səbəb olur.
Həkimlər həftələrlə xəstəxanada qalır, ailələrini görmək üçün evlərinə gedə bilmirlər. Onları görməyə gələn yaxınları isə uzaqdan baxıb təmas qurmadan geri dönürlər.
Qeyd edək ki, 2019-nCoV xəstəliyinə yoluxanların sayı 28 min 18 nəfərə, ölənlərin sayı isə 564 nəfərə çatıb.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə