Fələstində hərbçilərlə toqquşmalar zamanı bir nəfər ölüb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Qərb sahilindəki Cenin şəhərində İsrail hərbçiləri ilə toqquşmalar zamanı 1 fələstinli ölüb, dörd nəfər yaralanıb.
"Bu gün səhər Cenin şəhərində İsrail əsgərləri ilə toqquşmada 19 yaşlı bir fələstinli öldürülüb, dörd fələstinli yaralanıb", deyə məlumatda bildirilir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB