Koronavirusa qarşı peyvənd tapıldı

Koronavirusa qarşı peyvənd tapıldı

Böyük Britaniyada yeni növ koronavirusa qarşı peyvənd əldə edilib. SİA "Sky News"a istinadən xəbər verir ki, bu peyvənd üzərində London İmperial Kollecinin rəhbəri professor Robin Şattok işləyib hazırlayıb.

O bildirib ki, peyvənd heyvanlar üzərində sınaqdan keçirilir. Əgər kifayət qədər maddi vəsaitlə təmin edilsə, o peyvəndi artıq gələn həftədən insanlar üzərində də sınaqdan keçirtməyə başlayacaq.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə