Çin tədqiqat qrupu: Koronavirusun qarşısını alan 2 dərman tapdıq - İtalyanlar: "Hələ tezdir"

Çin tədqiqat qrupu: Koronavirusun qarşısını alan 2 dərman tapdıq - İtalyanlar:

Çinli alimlər koronavirusu (2019-nCoV) təsirli şəkildə dayandıran iki dərman hazırladıqlarını açıqlayıblar. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Çinin qabaqcıl elm adamlarından olan Li Lanjuan çərşənbə axşamı, komandası ilə birlikdə hazırladıqları iki dərmanın şüşə borudakı ilk sınaqlarda koronavirusun qarşısını aldığını söyləyib.
Çində nəşr olunan "Changjiang Daily" qəzetində yer alan xəbərə görə, Abidol və Darunavir adlı iki dərmanın Milli Səhiyyə Komissiyasına yeni koronavirus səbəb olan pnevmaniya müalicəsi proqramına daxil edilməsi təklif edilib.

Zhejiang Universiteti professoru Li, hazırda yoluxmuş xəstələr üçün istifadə edilən HİV əleyhinə dərman Kelizhinin çox təsirli olmadığını söyləyib və yan təsirlərini də qeyd edib.

Milan Universiteti: Koronavirusun müalicəsinin tapıldığını söyləmək üçün hələ tezdir

Çin Universitetinin alimlərinin ixtirası barədə danışan Milan Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Massimo Galli, dünyada 500-ə yaxın insanın ölümünə səbəb olan koronavirusa qarşı qəti bir müalicə tapmağın çox erkən mərhələdə olduğunu söyləyib. Tədqiqatların mövcud dərmanlar üzərində edildiyini vurğulayan Sakko, "Boru şüşəsində edilən təcrübələr bir nəticə əldə etmək üçün kifayət deyil. Belə bir kritik vəziyyətdə mövcud dərmanların üzərində həll tapmağa çalışılır ” deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə