Trampın gülüş doğuran videosu

Trump, impiçmentin uğursuzluğundan sonra yumorstik video yayımlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ lideri Donald Trump, cümə axşamı impiçment əməliyyatının başa çatması ilə əlaqədar rəsmi açıqlama verəcəyini bildirib və bununla yanaşı, impiçmentin uğursuzluğundan sonra Tvitterdə yumorstik bir video yerləşdirib.
Bu video, bütün sonrakı illər, əsrlər və hətta minilliklər boyu yenə də ABŞ-ın prezidenti Trump olacağını nümayiş etdirir.
Gülüş doğuran video artıq 350 mindən çox bəyənmə qazanıb.
Xatırladaq ki, ABŞ Senatının impiçment prosesində hər iki bölmə üzrə Trumpa bəraət qazandırdığı məlum olub. Senatorlar onu vəzifə səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaq ittihamı ilə günahkar hesab etməyiblər. Beləliklə, 73 yaşlı Amerika prezidenti hakimiyyətdən uzaqlaşdırılmayacaq və mühakimə olunmayacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə