Ukraynada yol qəzası 5 nəfərin ölümünə səbəb olub

Ukraynada yol qəzası 5 nəfərin ölümünə səbəb olub
Ukraynanın Xarkov vilayətində "VAZ" və "Daewoo" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol qəzası baş verib. SİA "RİA Novosti" yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında bildirilib. 5 nəfərin ölümünə, 1 nəfərin olan yol qəzası Kiyev-Xarkov-Doljanski magistral yolunun İzyumski rayonundan keçən hissəsində qeydə alınıb. Ölənlərdən 3-ü "VAZ"-ın, 2-si isə "Daewoo" markalı avtomobilin sərnişinləri olub. Hadisə yerinə gələn xilasedicilər yaralanan "Daewoo"nun sürücüsünü avtomobili kəsərək çıxarıblar. Polis hadisənin başvermə səbəbini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə