Polis bölməsinə aparılan qadın bıçaqla polislərə hücum çəkib VİDEO
Rusiyanın paytaxtı Moskvada təcavüzkar davranışları səbəbindən tutulub polis bölməsinə aparılan bir qadın polis bölməsi otağında ifadə verərkən bir anda otaqda olan bıçağı əlinə alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, əlinə bıçağı alıb dəhlizə qaçan qadın polis bölməsində olanları qorxuya salıb.
Dəhlizdəki insanlar, o cümlədən 2 polis işçisi başqa bir otağa qaçaraq özlərini qorumağa çalışıblar.
Bıçaqlı qadın polisin girdiyi otağa hücum edərək, içəri girməyə çalışıb. Həddindən artıq spirtli içki qəbul etmiş qadının gücü tükəndikdən sonra polis tərəfindən təkrar nəzarətə alınıb.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB