Ötən il Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları
Ötən il Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
SİA Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 771,870 milyon ABŞ dolları, Meksika ilə 52,5 milyon dollar, Ekvadorla isə 33,3 milyon dollar təşkil edib. 2018-ci ilə nisbətən İspaniya ilə ticarət dövriyyəsi azalıb, Meksika və Ekvador ilə artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. İspaniyadan idxalın dəyəri 67,4 milyon dollar, Meksikadan 52,3 milyon dollar, Ekvadordan isə 33,3 milyon dollar təşkil edib. Ölkəmiz İspaniyadan idxalı azaltsa da, Meksika və Ekvadordan idxalı artırıb.
İxracda isə ilk pillədə İspaniya qərarlaşıb və bu ölkəyə ixrcın dəyəri 704,4 milyon dollar olub. İspaniyaya məhsul ixracı artıb.
Azərbaycanın ticari əməkdaşlığı ən az olan ispandilli ölkələr Salvador, Boliviya və Venesueladır.
Qeyd edək ki, İspaniya Azərbaycan ilə ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ötən ili 2 pillə geriləyərək 12-ci yerdə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB