Aİ ABŞ-ın Fələstin-İsrail tənzimlənməsi təşəbbüsünü rədd edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Josep Borrell, ABŞ-ın Fələstin-İsrail tənzimləmə təşəbbüsünün beynəlxalq ictimaiyyət tərəfindən razılaşdırılmış parametrlərə cavab vermədiyini söyləyib və İordan çayının qərb sahilində işğal olunmuş ərazilərin ilhaqının "cavabsız qalmayacağını" xəbərdar edib.
"Yanvarın 28-də başlanan ABŞ təşəbbüsü beynəlxalq səviyyədə razılaşdırılmış parametrlərdən uzaqlaşır. Ədalətli və davamlı sülhün bərqərar olması üçün son vəziyyətlə əlaqəli həll olunmayan məsələlər iki tərəf arasında birbaşa danışıqlar yolu ilə həll edilməlidir. Buraya, xüsusən də qapalı məsələlər daxildir", deyə Josep Borrell bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB