Sərhəddən pul keçirilməsinin yeni qaydaları

Sərhəddən pul keçirilməsinin yeni qaydaları

Sərhəddən pul keçirilməsinin yeni qaydaları qüvvəyə minir. SİA RenTv-yə istinadən xəbər verir ki, sərhəddən nağd pulun daşınması ilə bağlı yeni qaydalar Avrasiya İqtisadi Birliyi ölkələrində tətbiq olunacaq və dəyişikliklər fiziki şəxslərə şamil ediləcək.

Qaydalara əsasən, məbləğ 100 min dolları keçərsə, məbləğ nəyin ki, bəyan edilməməli, həm də vəsaitlərin mənşəyi göstərilməlidir.

Qaydalar, çeklərə, siyahıya alınmayan qiymətli kağızlara və nağdlaşdırıla bilən istiqrazlara da şamil olunur.
Federal Gömrük Xidmətinin məlumatına görə, vəsaitləri təsdiqləmək üçün konversiya əməliyyatları, hesabdan pul çıxarmaq, kredit almaq və ya mülki müqavilələrin (hədiyyə, miras və s.) bağlandığını təsdiq edən sənədləri təqdim etmək lazımdır.

Qaydalar cinayət yolu ilə əldə edilən gəlirləri və ya terrorizmi maliyyələşdirmək üçün istifadə edilə bilən pul vəsaitlərinin hərəkətini dayandırmaq üçün hazırlanıb.

Xatırladaq ki, birliyə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Qazaxıstan olmaqla beş ölkə daxildir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə