Türkiyədə 5 dəqiqədə 5 zəlzələ faktı qeydə alınıb

Türkiyədə 5 dəqiqədə 5 zəlzələ faktı qeydə alınıb

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda beş zəlzələ qeydə alınıb. SİA Türk mətbuatına istinadən xəbər verir ki, Kandilli Rəsədxanasının Zəlzələ və Araşdırma İnstitutundan verilən məlumata əsasən zəlzələ yerli vaxtla saat 04:27-də 4 bal, saat 04:28-də 3.4, 04:32-də 3 bal gücündə olmaqla, ard-arda 5 dəfə zəlzələ baş verib.

İlk zəlzələ 04:27-də 4 bal gücündə yerin 7 kilometr dərinliyində qeydə alınıb. Bundan sonra, saat 04:28-də 3,4 bal gücündə zəlzələ və saat 04:32-ə qədər digər 3 zəlzələ faktı qeydə alınıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə