Malayziya koronavirus epidemiyasının mərkəzi olan Çinin Uhan şəhərindən 107 vətəndaşını təxliyə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çinin koronavirus ilə mübarizəyə töhfə vermək üçün 500 min rezin əlcək Uhandakı səhiyyə işçilərinə təslim edilib.
Uhandan evakuasiya edilən 107 Malayziyalı sağlamlıq məntəqəsindən keçdikdən sonra iki həftə karantində qalacaqlar.
Bildirək ki, Malayziyanın Uhandakı digər vətəndaşları da bu həftə ölkəsinə geri gətiriləcəyi gözlənilir.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB