İsveç xarici işlər naziri Lavrovla nə müzakirə edəcək?

İsveç xarici işlər naziri Lavrovla nə müzakirə edəcək?

Lavrov İsveç xarici işlər naziri ilə ikitərəfli münasibətləri müzakirə edəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov, fevralın 4-də Moskvaya edəcəyi səfəri çərçivəsində İsveçli həmkarı Anne Linde ilə Moskva və Stokholm arasındakı ikitərəfli münasibətləri, həmçinin Arktika məsələsindəki qarşılıqlı əlaqəni müzakirə edəcək.

"Rusiya-İsveç ikitərəfli münasibətlərində, Rusiya ilə İsveçin Avropanın şimalında və Arktikada regional strukturlardakı qarşılıqlı əlaqələrin geniş müzakirə edilməsi, aktual beynəlxalq problemlər barədə fikir mübadiləsi aparılması planlaşdırılır", deyə məlumatda bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə